İsrail səfiri Heydər Əliyevdən yazdı 

15:29 10.05.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsrail ölkələrimiz arasında dostluq və strateji münasibətlərin qurulmasında Heydər Əliyevin vacib rolunu xatırlayır.

Hafta.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik "Twitter"də bildirib.

“Azərbaycanın mərhum prezidenti və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünü qeyd edərkən İsrail Heydər Əliyevin ölkələrimiz arasında dostluq və strateji münasibətlərin qurulmasında mühüm rolunu xatırlayır”, - diplomat qeyd edib.